28 İyun 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçu bu qərarla barışa bilmədi – Bu da nəticəsi – ÖZƏL VİDEO

Əvəzedicilər liqasının son turunda “Neftçi” ilə heç-heçə (2:2) edərək çempion olan “Sabah” ilk hissədə iki əvəzləməyə gedib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, çempionluq matçının 33-cü dəqiqəsində əvəzlənənlərdən biri də əsas komandanın futbolçularından olan Abdulla Rzayev olub. O, “bayquşlar”ın baş məşqçisi Adino Mustedanagiçin bu qərarına kəskin etirazını bildirib.

Əldə etdiyimiz digər məlumata görə, bir çox klubun maraq dairəsində olan Rzayev yayda “Sabah”la başa çatacaq müqaviləsini yeniləməyəcək. O, daha çox oynamaq şansı qazanacağı komandaya getmək istəyir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43