02 İyul 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçu Xorvatiya klubunda

“Səbail”in futbolçusu Rüfət Abdullazadə komandadan ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu karyerasını Xorvatiyada davam etdirəcək. 24 yaşlı yarımmüdafiəçi “Varajdin” klubu ilə razılığa gəlib. 

Xatırladaq ki, Xorvatiya təmsilçisi ötən mövsümü 4-cü pillədə başa vuraraq UEFA Avropa Konfrans Liqasında mübarizə aparmaq imkanı qazanıb.

“Sumqayıt”ın yetirməsi olan Abdullazadə son iki ili “Səbail”in heyətində keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43