Ölkə futbolu

“Azərbaycanlı futbolçular güclüdürlər” – Roberto Bordin

“Neftçi”nin baş məşqçisi Roberto Bordin İtaliya mətbuatına müsahibə veriib.

İdmanxeber.az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis Azərbaycanda futbolunun vəziyyəti barədə də danışıb. O, buradakı vəziyyətin özünü yaxşı mənada təəccübləndirdiyini bildirib:

“Burda hər klubun müasir bazası var .Hər biri də yaxşı səviyyədədir. Burada yerli məşqçilər də, futbolçular da yaxşıdırlar. Hətta milli komandaları da pis vəziyyətdə deyil. Onlar Millətlər Liqasında yalnız son oyunda məğlub oldular.

Mən həmişə işimə 100 faizimi verirəm. Buna görə də futbolçularımdan da bunu tələb edirəm. Mənim üçün bu, dünyada ən gözəl işdir: Futbol oynayırsan, pul qazanırsan, insanlar gəlib sizi görmək üçün pul ödəyirlər. Buna görə də bir neçə saatlıq məşq ərzində bütün gücünüzü ortaya qoymalısınız.

Daha öncə Moldova, indi isə Azərbaycanda çalışıram. Təbii ki, hər iki ölkənin futbol tarixi İtaliyadan geridə qalır. Ancaq onlar da inkişaf etmək niyyətindədir. Mənim “Neftçi” ilə 2 illik müqaviləm var.

Avroliqanın Bakıda keçiriləcək finalında “Napoli”ni görmək istəyirəm. Bu komandanın kapitanı olmuşam. Bununla qürür duyuram. Əgər “Napoli” Bakıya gəlsə, bu komandanı tən-tənəli şəkildə qarşılamağa hazıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43