Dünya futbolu

Azərbaycanlı hakim Yunanıstanda xəsarət aldı

Azərbaycanlı hakim Yunanıstan çempionatı çərçivəsində keçirilən PAOK – “Aris” matçında xəsarət alıb.

İdmanxeber.az-ın məlumatına görə, yerli azarkeşlər aut zamanı rəqib oyunçuya şüşə butulka atıblar. Ancaq butulka yan xətt hakimi Akif Əmirəlinin başına dəyib.

Aldığı xəsartə ciddi olmadığı üçün Əmirəli görüşdə sona qədər vəzifəsini davam etdirib.

PAOK-un 3:2 hesablı qazandığı matçı Əliyar Ağayev idarə edib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43