Dünya futbolu

“Mançester Siti” satır – “Barselona” və PSJ istəyir

“Mançester Siti” Bernando Silva ilə yolları ayıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu klubun gələcək planlarına daxil deyil. Məşqçilər heyəti onun satılmasına razılıq veriblər.

Rəhbərlik 28 yaşlı oyunçuya 75 milyon funt-sterlinq qiymət qoyub. Onunla “Barselona” və PSJ maraqlanır.

Silva bu mövsüm bütün turnirlərdə 47 oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43