Dünya futbolu

“Barselona” “Yuventus”un futbolçusunda israrlıdır

“Barselona” yay transfer pəncərəsində “Yuventus”un yarımmüdafiəçisi Denis Zakariyanı transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi ötən il də oyunçunu heyətinə cəlb etmək istəyirdi. Baş məşqçi Xavi Hernandes yarımmüdafiə xəttini gücləndirmək üçün 26 yaşlı futbolçunun transfer edilməsi tələb edib. 

Zakariya hazırda icarə əsasında “Çelsi”də çıxış edir. 

O, bu mövsüm “zadəganlar”ın heyətində 11 oyuna çıxıb və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43