04 İyul 2026
İdman

“Azərlotereya”da növbəti cekpot uduldu

“4+4” lotereyasında bu dəfə 530 055 AZN qazanıldı

İdmanxeber.az-ın məlumatına görə, ölkənin qanuni və yeganə lotereya təşkilatçısı “Azərlotereya”da “4+4” lotereyasında 530 055 manatlıq cekpot uduldu. Nə az, nə çox düz yarım milyon manatdan çox qazanan şanslı qalib Saatlıda yerləşən Misli məntəqəsindən aldığı biletlə cekpota sahib olub.

Xatırladaq ki, təxminən 4 ay öncə “4+4” lotereyasında 913 072 manatlıq tarixi cekpot qazanılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43