“Avro-2016″nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da keçiriləcək Azərbaycan – Bolqarıstan oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin oyunu İsraildən olan hakimlər briqadasına tapşırılıb.
Görüşün baş hakimi Alon Yefetə Danni Krasikov və David Elias Bitton köməklik edəcəklər. Nissan Davidi isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – Bolqarıstan görüşü saat 21:00-da başlayacaq.