“İnter”lə oynamaq həm xoş, həm də şərəflidir. Eyni fikirləri Fransa “Sent-Etyen”i barədə də deyə bilərəm. Bu komandanın tarixi ənənəsi var. Onlar ölkə daxilində böyük uğurlar əldə edib, hətta Çempionlar Liqasının finalında oynayıb”.
İdmanxeber.com-un məlumatına görə, Dnepropetrovskın “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç “Qarabağ” da daxil olmaqla Avropa Liqasının qrup mərhələsində rəqibləri olan komandalar barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis sonda “Qarabağ” haqda da danışıb:
“Qarabağ” istənilən an sürpriz edə bilər. Avropa Liqasının pley-off mərhələsində onlar “Tvente”ni mübarizədən kənarlaşdırıb. Razılaşın ki, hollandlara iki oyunun nəticəsinə görə qalib gəlmək asan deyil”.