İdman

Azərbaycan futbolunda maraqlı hadisə: Təbii ehtiyacını ödəmək üçün hakimdən icazə aldı

Azərbaycan Premyer Liqasının 22-ci turunda “Neftçi” – “Sumqayıt” oyununda maraqlı hadisə baş verib.

İdmanxeber.com-un məlumatına görə, qonaqların futbolçusu Rəşad Eyyubov  ikinci hissənin gedişində hakimdən icazə alaraq tualetə gedib. Bu zaman “Sumqayıt!ın çalışdırıcısı Samir Abasov onun əvəzinə meydana Ülvi İsgəndərovu buraxıb. R.Eyuyubov geri qayıtdığında isə ehtiyat oyunçular skamyasına göndərilib.

Bu faktı futbolçu özü jurnalistlərə açıqlamasında da, təsdiq edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43