Qazaxıstan milli komandasının baş məşqçisi funksiyasını yerinə yetirən Talqat Baysufinov martın 26-da Azərbaycana, 29-da Gürcüstana qarşı keçirəcəkləri oyun haqqında fikirlərini bildirib.
İdmanxeber.com-un məlumatına görə, yerli mətbuata açıqlama verən mütəxəssis bu sözlərə yer verib: “Ölkənin əsas komandası istənilən vaxt qələbə üçün oynamalıdır. Oyunun rəsmi və ya yoxlama oyunu olmasının fərqi yoxdur. Azərbaycan və Gürcüstan milliləri ciddi rəqiblərdir. Bu komandalara qarşı müdafiədə kompakt futbol oynamalıyıq.”

