12 İyul 2026
Kateqoriyasız

Azərbaycanlı azarkeşlər almaniyalı futbolçu üçün pankart açdılar (FOTO)

17 yaşlı futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının hazırda davam edən Almaniya – İspaniya yarımfinalını izləyənlər arasında azərbaycanlı azarkeşlər də var.

İdmanxeber.com-un məlumatına görə, yerli fanatlar Almaniya millisinin azərbaycanlı futbolçusu Renat Dadaşova dəstək pankartı açıblar.

Onlar 3 dildə “R.Dadaşov evə xoş gəlmisən” yazılı pankart açaraq futbolçunu alqışlayıblar.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43