05 İyun 2026
Ölkə futbolu

Bəhlul Mustafazadə: “Fransa ilə oyunda meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq”

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması sabah Fransa millisi ilə qarşılaşacaq.

İdmanxeber.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında yığmamızın futbolçusu Bəhlul Mustafazadə jurnalistlərin suallarını cavablandırıb:

“Fransa millisi haqda çox danışmağa ehtiyac yoxdur. Önəmli olan bu rəqibə qarşı necə reaksiya verməyimizdir. Hazırlıqlarımızı bu gün tamamlayacağıq. Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq”.

– Millinin ən çox formada olan oyunçularından birisən. “Qarabağ”ın heyətində Çempionlar Liqasında önəmli fiqurlarından birisən. Son 2-3 gündə futbolçularla özün şəxsən psixoloji baxımdan, dəstək üçün söhbət aparmısan?

– Oyundan öncə komanda yoldaşlarımızla bu matç haqda danışmışıq. Bütün komanda olaraq hamımız hazır olmalıyıq. Bu barədə söhbətimiz çox olur. Hazırlığımız yaxşıdır. Sabah yaxşı mübarizə aparacağıq. (Sportal.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43