16 İyun 2026
Kateqoriyasız

Bakıda keçiriləcək Avropa çempionatında səbətlər müəyyənləşdi

Gələn ayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatında qrup mərhələsinin püşkü aprelin 8-də atılacaq.

İdmanxeber.com-un məlumatına görə, artıq səbətlərin tərkibi müəyyənləşib.

Avropa çempionatının final mərhələsində çıxış edəcək 16 komanda 8 səbətdə yer alacaq. 

I səbət: Danimarka, Şotlandiya

II səbət: Ukrayna, İngiltərə

III səbət: İtaliya, Bosniya və Herseqovina

IV səbət: Almaniya, Hollandiya

V səbət: Portuqaliya, İsveç

VI səbət: Fransa, Avstriya

VII səbət: Serbiya

VIII səbət: Belçika, İspaniya

Ev sahibi: Azərbaycan

Qeyd edək ki, turnirin qrup mərhələsinin oyunları 5/6, 8/9 və 11/12 may tarixlərində keçiriləcək. 1/4 final və yarımfinalın görüşləri müvafiq olaraq 14/15 və 18 may tarixlərində baş tutacaq. Final matçı isə mayın 21-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43