12 İyul 2026
Kateqoriyasız

Bakıdakı Avropa çempionatının finalı çexlərə tapşırıldı

17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Bakıda keçirilən Avropa çempionatında final görüşünün hakim təyinatları açıqlanıb.

Qeyd edək ki, mayın 21-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Portuqaliya – İspaniya oyunu saat 20:00-da başlayacaq.

21 may

Avropa çempionatı, final

20:00. Portuqaliya – İspaniya
Baş hakim:
 Petr Ardeleanu (Çexiya)
Hakimin köməkçiləri: Balaş Buzas (Macarıstan), Ceyhun Sesigüzel (Türkiyə)
Dördüncü hakim: Qunnar Yarl Yonsson (İslandiya)
8-ci km qəsəbə stadionu.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43