Kateqoriyasız

“Bakıdakı azarkeşlər haqlı deyillərmi?!” – UEFA prezidenti

“Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi. Lakin Mxitaryanın gəlməməsi öz qərarı idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri UEFA-nın prezidenti Aleksandr Çeferin deyib.

Qurum rəsmisi Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakının seçdiklərini də açıqlayıb:

“Çünki orada yaşayan insanlar futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi? Klublar birbaşa biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər. Yeri gəlmişkən, mən asanlıqla uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır. Həmişə UEFA günahkar kimi göstərilir. Bu populizmdir. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43