Ölkə futbolu

“Bakı”nın baş məşqçisi: “Problemlər öz sözünü deyir”

Topaz Premyer Liqasının 5-ci turunda “Bakı” doğma meydanda “Sumqayıt”la qarşılaşdı. Rəqibinə 1-2 hesabı ilə məğlub olan paytaxt təmsilçisinin qələbəsizlik seriyası 4 oyuna çatdı.

İdmanxeber.com-un məlumatına görə, “Bakı” klubunun baş məşqçisi İbrahim Uzunca məğlub olduğları matçı belə şərh edib:

“Oyun istədiyimiz kimi gedirdi. Erkən qol bizi irəli atdı. Məşq etməməyimiz oyunun gedişində özünü göstərdi. İki səhvdən sonra qollar buraxdıq və uduzduq. Mən uşaqlardan razıyam, qarşıdakı oyunlarda xal, eyni zamanda qələbə də qazanacağıq. Ən qısa zamanda maddi durumun düzələcəyinə inanıram. Biz mübarizə aparan bir komandayıq, amma problemlər də sözünü deyir. İstənilən halda, “Bakı”nın adını qoruyub-saxlamaq üçün çalışırıq. Çatışmazlıqların üzərində çalışmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43