Ölkə futbolu

Baqa məğlubiyyəti şərh etdi

Misli Premyer Liqasının VII turunda “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa “Qəbələ”yə uduzduqları matçdan sonra fikirlərini bildirib.

İdmanxeber.az xəbər verir ki, “CBC Sport”a danışan mütəxəssis 0:1 hesabıyla başa çatan görüşü belə şərh edib:

“Mövsümə yaxşı start vermədik. Bu matça da yaxşı başlamadıq. Qapımıza gələn ilk top qolla nəticələndi. Görünür ki, həm müdafiədə, həm də hücumda problemlərimiz var.

Taktiki planda səhvlik olduğunu deməzdim. Hücum edirik, qol imkanları yarada bilirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43