Ölkə futbolu

Baqali Dabo: “Qələbələrin və qolların davamı gələcək”

“Neftçi”nin hücumçusu Baqali Dabo klubun rəsmi saytına müsahibə verib. 

– Bir oyunda iki qol. Bu mövsüm hələ ki dubla imza atmamışdız…

– Bəli, çox şadam ki iki qol vura bildim. Komanda yoldaşlarıma və azarkeşlərimizə minnətdarlığımı bildirirəm. İnanıram ki, bu qələbələrin və qolların davamı gələcək.

– Hesaba baxanda belə bir fikir formalaşa bilər ki, olduqca asan bir matç oldu…

– Deməzdim. Biz sadəcə əlimizə düşən fürsətlərdən yaxşı yararlana bildik. Rəqibi düzgün qiymətləndirdik və qələbə qazandıq.

 6 oyunda 4 qol sizin üçün yaxşı nəticədir?

– Təbii ki. Belə bir nəticə necə pis sayıla bilər?! Gələn oyunlarda bu göstəricini daha da yaxşılaşdırmağa çalışacam.

 Artıq “Neftçi”nin heyətində çempionatda 6 oyuna çıxmısan. Komandada özünü necə hiss edirsən?

– “Neftçi”də çox xoşbəxtəm. Komanda yoldaşlarımla, məşqçi heyətiylə, rəhbərliklə əla münasibətlərim var. Hamımız bir məqsəd uğrunda mübarizə aparırıq. Təbii ki, təbiətcə sakit olmağım bəzən kənardan xoşagəlməz fikirlərin yaranmasına səbəb olur. Ancaq gülümsəmirəmsə, o demək deyil ki, nədənsə narazıyam. Hazırda hər şey qaydasındadır. Komandamın qələbə qazanması üçün meydanda var gücümlə mübarizə aparıram.

– “Neftçi” azarkeşləri ilə münasibətlərin necədir?

– Azarkeşlərimizlə də çox yaxşı münasibətlərim var. Bizi stadiona gəlib dəstəkləyən hər kəsə təşəkkür edirəm. Onlar “Neftçi”nin ən böyük üstünlüyüdür. Azarkeşlərimizin dəstəyi bizim qələbə qazanmağımızda çox böyük rol oynayır. İnanıram ki, növbəti oyunlarda onların sayı daha da artacaq. Komandanın onlara çox ehtiyacı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43