Dünya futbolu

“Barselona” 12 il sonra bir ilki yaşadı

UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Barselona” evdə “Tottenhem”lə 1:1 heç-heçə edib. Kataloniya təmsilçisi bu görüşdə 12 il sonra bir ilki yaşayıb.

Belə ki, komanda alışılmış o məşhur “tiki-taka” oyunundan sonra ilk dəfə doğma meydanda keçirdiyi qarşılaşmada top faizində rəqibindən geriyə düşüb.

London təmsilçisi “Tottenhem” görüşün sonunda açıqlanan statiskaya görə 51 faiz topla oynayaraq “Barsa”dan üstün olub.

“Barselona”ya qarşı bu üstünlüyü sonuncu dəfə 2006-cı ildə “Verder” komandası qurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43