05 İyul 2026
Dünya futbolu

“Barselona” almaniyalı oyunçu ilə danışıq aparır

“Barselona” qapıçı Mark-Andre ter Ştegenlə maaşının azaldılması ilə bağlı danışıqlar aparmağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, klub hazırda maddi sıxıntı içərisindədir və ona görə də rəhbərlik xərcləri azaltmağın yollarını axtarır. Almaniyalı oyunçunun rəhbərliyin bu tələbinə hansı cavabı verəcəyi bəlli deyil. 

2022/23 mövsümündə Andre ter Ştegen La Liqada 24 oyunda qapısını toxunulmaz saxlayıb. Futbolçunun müqaviləsi 2025-ci ilin yayına kimi hesablanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43