İspaniya Vergilər Nazirliyi “Barselona” klubunu cərimələyib.
İdmanxeber.az “Marca” nəşrinə istinadən xəbər verir ki, buna səbəb rəhbərliyin oyunçulara etdiyi ödənişlərdə səhvə yol verməsi olub.
Belə ki, klub vaxtı ilə “Barsa”da çıxış edən Arda Turan və Aleks Sonqa təzminat məbləğlərini düzgün ödəməyib.
Sözügedən qrum bu səbəbdən “Barselona”nı 15,7 milyon avro cərimələyib.

