Dünya futbolu

“Barselona” braziliyalı futbolçunu transfer etdi

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi “Palmeyras”ın yarımmüdafiəçisi Mateus Fernandesi transfer edib.

Bu barədə “Barselona”nın rəsmi saytı məlumat yayıb. Lakin 21 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Kataloniya klubu braziliyalı futbolçu üçün qarşı tərəfə 7 milyon avro ödəyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43