“Barselona” “Real”la oyuna itkilərlə çıxacaq.
İdmanxeber.az “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “El Klasiko”da bir neçə futbolçusunun xidmətindən yararlana bilməyəcək. Bunlar müdafiəçi Andreas Kristensen, yarımmüdafiəçilər Pedri, Frenki de Yonq və cinah oyunçusu Usman Dembeledir
Mənbə yazır ki, adıçəkilən oyunçuların heç biri “Real” oyunu öncəsi keçirilən məşqdə iştirak etməyiblər.
Xatırladaq ki, aprelin 5-də “Barselona” – “Real” İspaniya kubokunun yarımfinal mərhələsinin cavab görüşünə çıxacaqlar. İlk oyun kataloniyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

