Joao Feliks gələcəyi haqqında danışıb.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu transfer olmaq istədiyi komandanı açıqlayıb:
“Barselona” mənim həmişə birinci seçimim olub. Əgər bu gerçəkləşsə, uşaqlıq arzum həyata keçmiş olacaq”.
Feliks 2019-cu ildə 127 milyon avroya “Benfika”dan “Atletiko”ya keçmişdi. Bu ilin yanvarında icarə əsasında “Çelsi”yə transfer olunub. O, London klubunda 20 oyuna çıxıb və 4 qol vurub.

