Dünyadan

“Barselona” Naymarla yeni müqavilə imzaladı

Neymar “Barselona” ilə müqaviləsini rəsmən yeniləyib.
İdmanxeber.com klubun saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu 2021-ci ilə kimi nəzərdə tutulmuş müqaviləni imzalayıb. Onun buraxılış qiyməti ilk il üçün 200, 2-ci il üçün 222, sonrakı 2 il üçün isə 250 milyon avro göstərilib. Hər şeyi bir kənara qoyub “sambaçı”nı ələ keçirmək istəyən klub bu məbləği ödəməklə yanaşı “Barca”nın da razılığını almalıdır.
Neymar 2013-cü ildən “Barselona”nın şərəfini qoruyur. O, İspaniya nəhəgninin heyətində bütün mümkün titullara sahib çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43