Kamerunlu hücumçu Karl Etta-Eyonq “Barselona”da oynamağı arzulayır.
İdmanxeber.az xəbər verir ki, katalon klubu yayda 21 yaşlı futbolçunu almaq istəyib, lakin maliyyə səbəbindən transfer baş tutmayıb.
Hazırda “Levante”nin oyunçusu olan Etta-Eyonqun qiyməti 30 milyon avroya yüksəlib. Onunla bir neçə Premyer Liqa klubu maraqlanır, lakin futbolçu üstünlüyü “Barselona”ya verir.
Karl bu mövsüm La Liqada 5 matçda 4 qol və 1 asistlə yadda qalıb.

