“Barselona” öz akademiyasından çıxan Oriol Romeunu heyətinə qatmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçinin bu həftə “Barsa”ya qoşulmağı gözlənilir. Pablo Torre bu transfer qarşılığında “Jirona”ya icarəyə veriləcək.
Romeu 20 yaşında “Barsa”dan “Çelsi”yə keçmişdi. O, ötən mövsüm çıxış etdiyi “Jirona”da 34 oyuna çıxıb və 2 qol vurub.

