“Barselona”nın prezidenti Xuan Laporta “Neqreyra işi” ilə bağlı açıqlama verməyə hazırlaşır.
İdmanxeber.az “Diario Sport”a istinadən xəbər verir ki, klub rəhbəri yaxın günlərdə bir dönəm Hakimlər Komitəsinin rəsmisi Enrikes Neqreiraya ödəniş etdiyi ilə bağlı çıxan iddialar və prokurorluğun başladığı işlə bağlı rəhbərliyin izləyəcəyi strategiyadan danışacaq.
Laporta eyni zamanda klubun sponsorlarına da müraciət edərək “Barselona”nın günahsız olduğunu bildirəcək.
Funksioner məsələ ilə bağlı həmçinin UEFA-ya, La Liqaya və İspaniya Kral Futbol Federasiyasına da məktub yazmaq niyyətindədir.

