Dünya futbolu

“Barselona” Xavi üçün yeni müqavilə hazırlayıb

“Barselona”nın baş məşqçisi Xavi ilə müqavilə uzadacaq.

İdmanxeber.az-ın məlumatına görə, artıq sözləşmənin detalları da bəllidir. Rəhbərlik 43 yaşlı mütəxəssislə uzun müddət birlikdə çalışmaq niyyətindədir.

Xavi isə hələlik müqavilə bağlamağa tələsmir. O, hazırda bütün diqqətini La Liqada titul qazanmağa yönəldib. İspaniyalı çalışdırıcının “Barselona” ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.

Xavi 2021-ci ilin noyabrından baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında klub 2023-cü ilin yanvarında İspaniya Superkubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43