Dünya futbolu

“Barselona”dan getməyin vaxtı çatdı” – Buskets

“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets mövsümün sonunda Kataloniya klubundan ayrılacağını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu Katloniya təmsilçisindən gedəcəyini bu sözlərlə şərh edib:

“Barselona”dan getməyin vaxtı çatdı. Mən həmişə bu formada, bu stadionda oynamaq arzusunda olmuşam. Xəyallarım hamısı həyata keçib. 15 ilimi klubda keçirdim. Halbuki buranın üzvü, futbolçusu, kapitanı olacağımı ağlıma belə gətirməzdim. Bunu mümkün edən bütün insanlara – məşqçilərə, həkimlərə, komanda yoldaşlarıma, dünyadakı bütün “Barselona” azarkeşlərinə və təbii ki, ailəmə təşəkkür edirəm”.

34 yaşlı futbolçu “Barselona”nın akademiyasının məzunudur. O, 2008-ci ildə komandada debüt edib. Serxio klubla 719 oyuna çıxıb, 18 qol vurub, 45 məhsuldar ötürmə edib.

“Barselona” ilə birlikdə yarımmüdafiəçi səkkiz dəfə İspaniya çempionu, yeddi dəfə isə ölkə kubokunun və Superkubokunun sahibi olub.

Buskets üç dəfə Çempionlar Liqasının qalibi və UEFA Super Kubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43