15 İyun 2026
Dünya futbolu

“Barselona”dan gözlənən Yamal qərarı

“Barselona” futbolçusu Lamin Yamalın gələcəyi ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik gənc ulduzla müqavilə uzadıb. 17 yaşlı futbolçu ilə imzalanan yeni sözləşmə 2031-ci ilin iyun ayına qədərdir.

Lamin Yamal bu mövsüm “Barselona”nın heyətində 55 oyuna çıxaraq 18 qol vurub və 25 qolun ötürməsini edib. Onun əvvəlki müqaviləsi 2026-cı ilin yayına qədər idi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43