03 İyul 2026
Dünya futbolu

“Barselona”lı Avropanın ən yaxşı oyunçusu oldu

“Barselona”nın vingeri Rafinya 2024/25 mövsümü üçün Avropanın ən yaxşı oyunçusu seçilib.

İdmanxeber.az-ın məlumatına görə, “The Athletic” nəşri oyunçunu hamıdan üstün görüb. 28 yaşlı braziliyalı bu mövsüm 56 oyun keçirib, 34 qol vurub və 25 məhsuldar ötürmə edib.

Onun kataloniyalılarla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 80 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43