Dünya futbolu Kateqoriyasız

“Barselona”nın futbolçusu Azərbaycana gələcəkmi?

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Xorvatiya yığmasının heyətində dəyişiklik edilib.

Baş məşqçi Zlatko Daliç futbolçu ilə danışdıqdan sonra belə qərar verib. Rakitiçin “Barselona”dakı taleyi qeyri-müəyyən olduğu üçün yığmaya çağrılmayıb.

32 yaşlı yarımmüdafiəçinin əvəzinə “Kalyari”nin futbolçusu Marko Roq milliyə dəvət alıb.

Xorvatiya sentyabrın altısında Slovakiyanın, üç gün sonra Azərbaycan millisinin qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43