15 İyul 2026
Dünya futbolu

“Barselona”nın hədəfindəki “Liverpul”lu

“Barselona” növbət mövsüm heyətini gücləndirmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu “Liverpul”un futbolçusu Trent Aleksander-Arnoldu transfer etmək istəyir. Baş məşqçi Xavi Hernandes klub rəhbəri ilə görüşərək oyunçunun alınmasını tələb edib.

“Barselona” “Liverpul”un növbəti mövsüm avrokuboklarda iştirak etməyəcəyə təqdirdə Trendi daha rahat transfer edəcəyini düşünür.  

24 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun “Liverpul”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43