Dünyadan

“Barselonanın məni izləməyindən məmnunam”

“Barselona”nın radarına ilişən Sevilyalı Enzonzi, Kataloniya təmsiçisinin ona olan marağının özünü xoşbəxt etdiyini söyləyib.

İdmanxeber.com-un məlumatına görə, yarımmüdafiə xəttini möhkəmlətmək istəyən “Barsa”, “Sevilya”da oynayan Stiven Enzonzi ilə maraqlanır.

Məsələ ilə bağlı danışan fransız ulduz, ”Barselonanın matçlarıma gəlib məni izləməsi və bunu bilməyim çox gözəl duyğudur. Həm La Liqanın, həm də dünyanın ən yaxşı klubu olduqlarını düşünürəm”, – deyə söyləyib.

“Sevilya”nın uğurları üçün çalışdığını qeyd edən Enzonzi, ”Hazırda yalnız Sevilyada edə biləcəklərimizi düşünürəm. Bu klubu, bu şəhəri və azarkeşlərimizi çox sevirəm. İndi mənim üçün ən əhəmiyyətli şey daimi oynamaq və oynadığım futboldan zövq almaqdır. Sevilyada bunu edirəm və buna görə də xoşbəxtəm”, – deyə bildirib.

Futbolçu sonda vurğulayıb ki, çox gözəl komanda qurulub və ilk dördlükdə yer almaq üçün əllərindən gələni edirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43