19 İyun 2026
Dünya futbolu

“Barselona”nın müdafiəçisi getdi

“Barselona”nın müdafiəçisi Hektor Fort icarə əsasında “Elçe”yə keçib.

İdmanxeber.az-ın məlumatına görə, müqavilə 2025/26 mövsümü üçün satınalma variantı olmadan nəzərdə tutulub. 19 yaşlı ispaniyalı “Barselona”nın heyətində 30 oyun keçirib və 3 məhsuldar ötürmə edib.

Futbolçu “Barselona”nın yetirməsidir. “Transfermarkt” portalı onun dəyərini 10 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43