Dünyadan

“Barselona”yla oyunöncəsi “Yuventus”dan 32 milyon avroluq transfer

“Yuventus” “Palermo”nun futbolçusu Paulo Dibalanın keçidini rəsmiləşdirib.

İdmanxeber.com-un Turin klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qoca sinyora” argentinalı hücumçu ilə 5 illik müqavilə imzalayıb.

Forvardın transferi üçün “Yuventus” 32 milyon avro “tərləməli” olub. 

Qeyd edək ki, Dibala bu mövsüm İtaliya A seriyasında oynadığı 34 matçda 13 qol vurub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43