27 İyul 2026
Dünya futbolu

“Bavariya” qapıçısını icarəyə verdi

“Bavariya” qapıçısı Daniyel Peretsi icarəyə göndərib.

İdmanxeber.az xəbər verir ki, Münhen klubu 25 yaşlı israilli qolkiperin mövsümün sonunadək İngiltərənin “Sauthempton” klubunda çıxış edəcəyini açıqlayıb.

Perets mövsümün ilk yarısını “Hamburq”da icarədə keçirib.

Qeyd edək ki, qapıçı 2023-cü ildə “Makkabi” (Təl-Əviv)dən “Bavariya”ya transfer olunub, komanda ilə Bundesliqa çempionu olub və İsrail millisində 10 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43