Dünya futbolu

“Bavariya”nın Osimhen planı – Maneni təklif edirlər

“Bavariya” “Napoli”nin hücumçusu Viktor Osimheni heyətinə qatmaqda isirarlıdır.

İdmanxeber.az “Sky Sport”a istinadən xəbər verir ki, Münhen klubu yayda İtaliya təmsilçisi ilə danışıqlara başlayacaq. Rəhbərlik Osimhenə qarşılıq Mane və bir miqdar pul təklif etməyə hazırlaşır.

“Napoli”nin bu təklifə necə cavab verəcəyi bilinmir. A Seriyası klubu daha öncə nigeriyalı üçün 150 milyon avro təzminat istədiyini açıqlamışdı. 

Mənbə yazır ki, Osimhenin sevgilisi almaniyalıdır. Bu səbəbdən də hücumçu Bundesliqaya transfer olmağa müsbət yanaşır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43