26 İyul 2026
Ölkə futbolu

“Belçika və Azərbaycanla oyunlara qələbə üçün çıxacağıq”

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsində bu ay keçirəcəkləri oyunlarla bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis ciddi problemlərlə üzləşdiklərini bildirib. O, yığmaya çağırılan zədəli oyunçuların heyətdən çıxarılacaqlarını istisna etməyib:

“Belçika və Azərbaycanla oyunlara qələbə üçün çıxacağıq. Bir neçə futbolçunun durumu qeyri-müəyyəndir. Bunlar David Alaba, Marsel Sabitzer, Stefan Poş və Mixael Qreqoriçdir. Hazırkı durumda onların qarşıdakı matçlarda iştirak şansları az görünə bilər. Məhz bu üzdən əlavə 1-2 nəfərə dəvət göndərmək qərarına gəldim. Sanki uzun bir mövsümün sonundayıq. Çünki zədəlilərimiz kifayət qədərdir. Bu üzdən qarşıdakı matçlar asan olmayacaq. Buna baxmayaraq, nikbinliyimizi qoruyuruq”.

Qeyd edək ki, oktyabrın 13-də Vyanada Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43