“Zenit” David Neres üçün “Benfika”ya 25 milyon avroluq təklif göndərib.
İdmanxeber.az-ın məlumatına görə, Portuqaliya təmsilçisi bu təklifi qəbul etməyib, braziliyalı futbolçu üçün 100 milyon avro istəyib.
Neres 2022-ci ildən “qartallar”da çıxış edir. O, ötən mövsüm 48 oyuna çıxıb və 12 qol vurub.

