21 İyul 2026
Ölkə futbolu

“Benfika” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunun “Benfika” (Portuqaliya) – “Qarabağ” oyununun hakimkəri müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, “Eştadiu da Luş” stadionunda keçiriləcək matçı belçikalı FIFA Referisi Erik Lambrexts idarə edəcək.

Co De Veird və Kevin Monteni köməkçi hakim funksiyasını yerinə yetirəcəklər. Natan Verbumen isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” görüşü sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43