13 İyul 2026
Dünya futbolu

“Benzemanı əvəz etmək üçün burada deyiləm”

“Real”ın yeni transferi Joselu klub saytına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, o, Madrid komandasına  Kərim Benzemanı əvəzləmək üçün gəlmədiyini bildirib.

“Mən Benzemanı əvəz etmək üçün burada deyiləm. Futboldan həzz almaq və kluba kömək etmək üçün gəlmişəm. Əlimdən gələni edib qollar vurmaq istəyirəm. Bu, mənim həyatımın klubudur”.

33 yaşlı hücumçu icarə əsasında “Real”a keçib. Müqavilə geri qaytarılma imkanı ilə bir mövsüm üçün nəzərdə tutulub.

Joselu ötən yaydan “Espanyol”da çıxış edir. Ötən mövsüm o, komandanın heyətində 38 oyuna çıxıb, 17 qol vurub və 4 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43