Joao Kanselo gələn mövsüm də “Mançester Siti”də qalmayacaq.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu 2022/23 mövsümünü icarə əsasında “Bavariya”da keçirib. Müqavilənin sonunda münhenlilər satın alma opsiyasını aktivləşdirməmək qərarına gəliblər.
Daha əvvəl portuqaliyalının xidmətində “Arsenal” və “Barselona”nın maraqlı olduğu bildirilirdi.
29 yaşlı portuqaliyalı bu mövsüm “Bavariya”nın heyətində 21 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” portalına görə futbolçunun dəyəri 60 milyon avro qiymətləndirilir.

