Kateqoriyasız

Beqoviç sosial şəbəkədən səsləndi: “Qarabağ”a gəldiyim üçün…”

Avropa Liqasının qrup mərhələsində ölkəmizi təmsil edəcək “Qarabağ”ın ötən gün transfer etdiyi Asmir Beqoviç Ağdam klubuna keçidini qısa şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, “Çelsi”nin sabiq qolkiperi öz “Tvitter” hesabından “Köhlən atlar”ı seçdiyinə görə, şad olduğunu bildirib: “İcarə qaydasında “Qarabağ”a keçdiyimə görə çox şadam”.

Qeyd edək ki, “Qarabağ” Asmir Beqoviçi İngiltərənin “Bornmut” klubundan bu ilin sonuna kimi icarəyə götürüb.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43