Kateqoriyasız

Berti Foqts baş məşqçi olmaq istəmir: “Yeni təklifləri səbirsizliklə gözləyirəm”

Milli komandamızın sabiq baş məşqçisi Berti Foqts “Bild”ə açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, almaniyalı mütəxəssis baş məşqçi kimi fəaliyyət göstərmək istəmədiyini bildirib:

“Menecer və ya idman direktoru vəzifəsində çalışmaq istəyirəm. Daha öncə müqavilə imzalamağa yaxın idim. Artıq yeni təklifləri səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Foqts 6 il millimizin sükanı arxasında olub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43