04 İyul 2026
Dünya futbolu

“Beşiktaş” Jota Silvanı heyətinə qatdı

“Beşiktaş” hücum xəttini gücləndirib.

İdmanxeber.az xəbər verir ki, İstanbul klubu “Nottingem Forest”in vingeri Jota Silvanı 1 illik icarəyə götürüb.

26 yaşlı portuqaliyalı ötən mövsüm Premyer Liqada 38 oyunda 4 qol və 3 assistlə yadda qalıb. “Forest” onu 2024-cü ilin yayında “Vitoriya”dan transfer etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43