Türkiyə Superliqasında II turun görüşlərinə start verilib.
İdmanxeber.com-un məlumatına görə, tur "Kasımpaşa" – "Beşiktaş" görüşü ilə başlayıb. "Qara qartallar" səfərdə 2 dəfə rəqibi qarşısında hesabda önə olmalarına baxmayaraq, qələbə hesabını qoruya bilməyiblər. Son nəticədə matç məhsuldar heç-heçə ilə bitib.
Qeyd edək ki, 2 turdan sonra həm “Kasımpaşa”nın, həm də “Beşiktaş”ın hesabında 4 xal var.
“Kasımpaşa” – “Beşiktaş” 2:2
Qollar: Babel, 7 (0:1), Neumayer, 23 (1:1), Talikska, 34 (1:2), Trezege, 78 (2:2)

