11 İyul 2026
Dünya futbolu

“Beşiktaş” “Real”a təklif göndərdi

“Real”ın 21 yaşlı mərkəz hücumçusu Qonsalo Qarsiya karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, futbolçu ilə “Beşiktaş” maraqlanır.  İstanbul klubu artıq Madrid təmsilçisinə rəsmi təklif göndərib və gənc forvard üçün 25 milyon avro ödəməyə hazırdır.

“Real”ın bu təklifə cavabı hələlik açıqlanmayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43